AZ

“Paşinyan erməni xalqını sülhə hazırlamalıdır” SİYASİ EKSPERT

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Nikol Paşinyan çox yaxşı anlayır ki, Azərbaycan xalqının ermənilərə qarşı ciddi bir düşmənçiliyi yoxdur. Əksinə, bütün düşmənçilik ideologiyası məhz Ermənistan tərəfindən — xüsusilə də kilsə vasitəsilə — formalaşdırılıb”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib:

“Məhz kilsə uzun illərdir erməniləri bu istiqamətdə yönləndirib və cəmiyyətdə Azərbaycan xalqına qarşı mənfi münasibət yaradıb. Düşünürəm ki, Paşinyan bu istiqamətdə daha çox iş görməlidir. Qarşıda seçkilər gəlir və o, yenidən Ermənistan regionlarına səfərlər edəcək.

Xüsusilə Zəngəzurda və Cermux istiqamətində yaşayan ermənilərin Azərbaycanlara qarşı münasibəti daha sərtdir. Bu bölgələrdə Paşinyanın fəaliyyətini gücləndirməsi vacibdir, çünki həmin ərazilərdə kilsənin təsiri çox güclüdür və o, hələ də “düşmən Azərbaycan” obrazını formalaşdırmağa çalışır”.

Siyasi ekspert əlavə edib ki, Ermənistan hakimiyyəti bu məsələlərə son qoymalıdır:

“Nikol Paşinyan da bunun fərqindədir. Elə buna görə də son zamanlar verdiyi açıqlamalarda sülh gündəliyini önə çəkir və bu istiqamətdə ardıcıl addımlar atır.

Hazırda artıq dövlətlərarası münasibətlər səviyyəsində sülh məsələsi demək olar ki, həll olunub. İndi əsas məsələ erməni xalqının bu sülh prosesinə psixoloji və ictimai baxımdan hazırlanmasıdır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
icma.az

1Mənbələr