AZ

Böyük Britaniyada pensiyaçılar əlavə vergi ödəməli olacaqlar

Böyük Britaniyada Leyboristlər hökumətinin hazırladığı yeni büdcə planı pensiya yaşında olan milyonlarla vətəndaşa əlavə vergi yükü gətirəcək.

Maliyyə naziri tərəfindən nəzərdən keçirilən təkliflərə əsasən gəlir vergisinin artırılması nəticəsində varlı pensiyaçılar ildə təxminən 2 min 500 funt sterlinqə qədər əlavə vergi ödəməli olacaqlar. İşçilər üçün bu artım eyni dərəcədə milli sığorta kəsintisinin azaldılması ilə kompensasiya ediləcək, lakin pensiyaçılar milli sığorta ödəmədiklərinə görə bu güzəştdən yararlanmayacaqlar.

Yeni plan nəticəsində təxminən 9 milyon dövlət pensiyaçısı daha yüksək vergi ödəməli olacaq. Onların arasında hazırda 45 faiz dərəcə ilə əlavə vergi ödəyən 124 min nəfər də var.

MənbəAZƏRTAC
Seçilən
3
2
banker.az

3Mənbələr