“Qalatasaray”ın ulduzu İkardinin keçmiş həyat yoldaşı Vanda Naranın daha bir qalmaqal yaşadığı haqda məlumat vermişdik.
Publika.az xəbər verir ki, iddialara görə, teleaparıcı və iş qadını Valentina Servanteslə uzun müddətdir münasibəti olan “Çelsi”nin futbolçusu Enzo Fernandesə mesaj göndərib.
Argentina mediası bildirib ki, Vanda Fernandesi qonşuluğunda gördükdən sonra guya ona mesaj göndərib. Mesajda deyilir:
“Mən səni indicə ətrafda gördüm, istəsən mənə yaz”.
Şayiələrə görə, Enzo bu mesajı sevgilisinə göstərib, o, tezliklə Vanda ilə şəxsən görüşəcək.