AZ

Bakıda oğurluq edən gənc qadınlar saxlanıldı

Bakının Nərimanov rayonu ərazisində bir nəfər polisə müraciət edərək 2200 manat dəyərində qol saatının oğurlandığını bildirib.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Xəlilova müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Yasamal rayonunda bir nəfərin bank kartından 1100 manatını oğurlamaqda şübhəli bilinən 31 yaşlı L.Həsənova da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır./Lent.az

Seçilən
0
5
musavat.com

6Mənbələr