AZ

“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son günlər Türkiyədə HDP-nin həmsədri Səlahəddin Demirtaşın azadlığa buraxılması ilə bağlı müzakirələr intensivləşib.

Globalinfo.az bu mövzuda Türkiyəli jurnalist və televiziya aparıcısı Cem Küçükdən rəy öyrənib.

– Cem bəy, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) HDP-nin həmsədri Səlahəddin Demirtaşın azadlığa buraxılması ilə bağlı qərar verib. Ertəsi gün Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Dəmirtaşın azadlığa buraxılmasının Türkiyə üçün faydalı olacağını bildirib. Prezident Ərdoğan isə AİHM-nin qərarına münasibət bildirərək deyib ki, məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək. Bu barədə nə deyə bilərsiniz?

– Səlahəddin Dəmirtaşın “Terrorsuz Türkiyə” prosesində azadlığa buraxılması və ya prosesə töhfə verməsi barədə söhbətlər gedir. Bunu cənab Baxçalı deyir, amma təkcə onun azadlığa buraxılması ictimai etirazla qarşılana bilər. Səlahəddin Dəmirtaş 6-7 oktyabr 2014-cü il hadisələrinin əsas günahkarıdır. Həmin hadisədə 52 vətəndaşımız qətlə yetirilib.

Cem Küçük

Başda Yasin Börü olmaqla qurban əti paylayarkən 17 yaşlı uşağı öldürüblər. Buna görə də Dəmirtaşı bu hadisələrdə günahsız kimi göstərmək düzgün deyil. Belə bir şey mümkün olarsa belə, hər kəs barədə qərar verilməlidir. Başqa sözlə, əfv və ya həbs qərarı verilə bilər ki, insanlar da buna uyğun hərəkət edəcək. Yəni qərar yalnız Dəmirtaş üçün tətbiq edilsə, bu, şəxsi məsələ kimi qəbul ediləcək. Həmçinin, AİHM onun azadlığa buraxılmasına icazə versə də bu qərarın qüvvədə qalması üçün daxili hüquqi vasitələr tükənməlidir. Daxili hüquqi vasitələr hələ tükənməyib və onun işi hələ apelyasiya mərhələsindədir. Apelyasiya məhkəməsi bu qərarı ya təsdiqləyəcək, ya da rədd edəcək. Bundan sonra iş Ali Məhkəməyə gedəcək. Ali Məhkəmənin qərarından sonra Türkiyə qərarını buna əsasən verə bilər. Bundan əlavə, əgər Dəmirtaş azad edilərsə, digər terror təşkilatlarının – FETÖ, PKK, DH və DHKPC-nin bəzi üzvləri də var. Buna görə də, düşünürəm ki, AİHM-in qərarını tətbiq edərkən təkcə Dəmirtaşın deyil, həm də FETÖ və DH-nin bir çox digər üzvlərinin vəziyyəti də nəzərdən keçirilməlidir.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
globalinfo.az

1Mənbələr