Misli premyer-liqasının 11-ci turunun açılış oyununda “Sumqayıt” səfərdə “Qəbələ”ni 2:0 hesabıyla məğlub etdi.
“Football-plus.az” xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Saşa İliç oyundan sonra mətbuat konfransı keçirib.
- Çətin oyun oldu. Rəqib də çətin idi. Sürətli oyun alındı. İlk qolu penaltidən vurduq. Sonda da qələbə qazandıq.
- Penaltini niyə Romalinqom vurdu? Başqa penalti vura bilən futbolçu yoxdu?
- Hücumçudu. İki dəfə səhvi olub. Bəlkə də dəyişəcək.
- Hakimlik barədə fikirləriniz?
- Rəqibə görə narahat idim. 5 xal yığsa da, yaxşı komanda idi.
- İlk dövrə başa çatdı. Azərbaycan futbolu haqda fikirləriniz? Dövrəni 3-cü pillədə başa vurduz. Daha irəlidə ola bilərdiz?
- Çempionatın 30 faizi bitdi. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan beş komanda var. Çətin liqadı.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta