AZ

Ağ Ev Bakı üzərindən Kremlə "Yeni Qafqaz" mesajı verdi: ABŞ Xəzər-Aralıq dənizi xətti üzrə strateji ittifaq yaradır

Cənubi Qafqazın gələcək taleyi birmənalı şəkildə artıq geopolitik masadadır... İndi hər şey regional və qlobal güclərin maraqlarının uzlaşmasından asılı olacaq...

nubi Qafqazda son vaxtlar əsas ndəm vzularından biri hz Azərbaycan Ermənistan arasında yekun lh sazişinin zaman imzalanacağı ilə bağr. Qlobal supergüclərin maraqlarının toqquşduğu bu region artıq uzun illərdir ki, sabitliklə xaos arasında incə bir balans üzərində dayanır. Ancaq son bəyanatlar onu göstərir ki, yaxın gələcəkdə bu regionda yeni bir geopolitik reallığın formalaşması tamamilə mümkündür.

Onu da qeyd etmək lazımdır ki, regional sülh prosesinin indiki inkişaf istiqamətləri Cənubi Qafqaz ölkələrinin üçtərəfli maraqlarında uzlaşma mühiti yaradır. Bu baxımdan, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin son açıqlaması olduqca böyük önəm daşıyır. O, bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyi möhkəmləndirəcək və region ölkələrinin həm geopolitik, həm də geoiqtisadi çəkisini artıracaq.

Gürcü baş nazirin fikrincə, son 35 ildə rəsmi Tiflis bölgədə sülhün təşviqində mühüm rol oynayıb və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması hər üç region ölkəsinin iqtisadi yüksəlişinə təkan verə bilər. Onun bu bəyanatı isə qətiyyən təsadüfi deyil. Çünki rəsmi Tiflis son illərdə həm Bakı, həm də İrəvanla münasibətlərində balanslı siyasət yürütməklə yanaşı, regionun enerji və nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevrilməyə çalışır. Yekun sülh sazişinin imzalanması isə Azərbaycan və Ermənistan ilə yanaşı, Gürcüstan üçün də yeni iqtisadi fürsətlər — tranzit, logistika, enerji nəqli və investisiya sahələrində əlavə dividendlər deməkdir.

11112.jpg

Digər maraqlı məqamlardan biri də ondan ibarətdir ki, ABŞ da Cənubi Qafqazda normallaşma prosesinə xüsusi diqqət yetirir. Belə ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun son açıqlaması da bu baxımdan, mühüm mesajdır. Amerikalı diplomat Azərbaycan Prezidenti İlham Əliyevin 30 ildən artıq davam etmiş münaqişənin həlli istiqamətində göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. Və vurğulayıb ki, "Prezident İlham Əliyevin daha üstün hərbi gücə sahib olsa da, ondan sui-istifadə etməməsi həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz qərardır”.

Stiv Uitkoffun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp avqust ayında Ağ Evdəki Oval kabinetdə Prezident İlham Əliyevlə görüşü zamanı ona 44 günlük müharibə barədə birbaşa sual verib ki, “Azərbaycan ordusu daha üstün idi. Niyə hücumu genişləndirmədiniz, niyə davam etdirmədiniz...” Prezident Əliyev isə cavabında bildirib ki, “Bizim məqsədimiz yalnız işğal altında olan torpaqlarımızı qaytarmaq idi. Biz heç vaxt daha artığını istəməmişik.” İki dövlət liderinin bu dialoqu geopolitik baxımdan, olduqca əhəmiyyətlidir. Çünki Ağ Evin regiona baxışında Azərbaycanın konstruktiv mövqeyi önə çıxarılır. Və eyni zamanda, ABŞ-ın regionda sülh təşəbbüslərini dəstəkləmək niyyəti birmənalı şəkildə ifadə olunur.

Məsələ ondadır ki, Tramp administrasiyasını təmsil edən amerikalı diplomatların son açıqlamaları da elə məhz bu baxımdan, böyük maraq doğurur. ABŞ-ın Suriya üzrə xüsusi elçisi Berrak “Manama Dialoqu-2025” konfransında deyib ki, “Prezident Donald Tramp bütün fiqurların düzülüşünü "şahmat taxtası"nda dəyişdi. Bu, dünyanın hər yerində baş verir. Türkiyə və İsrail bir-birilə müharibə etməyəcək. Tezliklə Xəzər dənizindən Aralıq dənizinədək uzanan yeni bir ittifaqın formalaşdığını görəcəksiniz”.

104147f6273a5bffef4f7f81a35c9284.jpg

Onu da qeyd etmək lazımdır ki, bu “Xəzəryanı region-Aralıq dənizi xətti” ilə bağlı ideya yalnız geoiqtisadi deyil, həm də geostrateji anlam daşıyır. ABŞ və onun əsas müttəfiqləri bu regionda enerji təhlükəsizliyini, nəqliyyat yollarının şaxələndirilməsini və Rusiyadan asılılığın azaldılmasını prioritet kimi qəbul edirlər. Eyni zamanda, bu konsepsiya Türkiyə və Azərbaycanın dərinləşən ortaqlığını, Gürcüstanın tranzit potensialını və Ermənistanın normallaşma prosesi nəticəsində bu xəttə inteqrasiya ehtimalını da özündə əks etdirir.

Ancaq bütün bu optimist ssenarilərə baxmayaraq, regional sülhün qarşısında hələ də ciddi əngəllər qalmaqdadır. Ən önəmli risklərdən biri Ermənistan daxilindəki siyasi qarşıdurmadır. Baş nazir Nikol Paşinyanın müxalif düşərgə və erməni kilsəsi ilə münasibətləri gərgindir. Ermənistan cəmiyyətinin bir hissəsi rəsmi Bakının haqlı tələblərinə — xüsusən də, ölkə konstitusiyaslnda dəyişikliklərə və Azərbaycana yönəlik ərazi iddiaları ilə bağlı ifadələrin çıxarılmasına müqavimət göstərməyə çalışır. Və bu, sülh prosesinin daha sürətlə yekunlaşmasına problem yaradır.

Təbii ki, ikinci risk qaynağı Rusiyanın Cənubi Qafqaza yönəlik mövqeyi ilə bağlıdır. Rusiya 2020-ci il müharibəsindən sonra bu regionda hegemon hərbi-siyasi orbitr rolunu sürətlə itirməyə başlayıb. ABŞ və Avropa Birliyinin bu regionda fəallaşması, Azərbaycan və Ermənistanın müstəqil siyasi-diplomatik təmas kanalları qurması Kremlin narahatlığını artırır. Və bu, yaxın gələcəkdə Cənubi Qafqazda yeni geostrateji rəqabət mərhələsinə yol aça bilər.

89a6d8fac9086541a802a6a6d9072475.jpg

Ancaq Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, bunun Cənubi Qafqazın geoiqtisadi mənzərəsini ciddi şəkildə dəyişəcəyi qətiyyən şübhə doğurmur. Çünki Azərbaycan, Ermənistan və Gürcüstan arasında geoiqtisadi inteqrasiya Cənubi Qafqazı Şərq-Qərb iqtisadi-ticari xəttinin əsas qovşağına çevirə bilər. Ancaq əgər, regional sülh prosesi kənar təzyiqlər və ya qlobal güclərin rəqabəti ucbatından əngəllənərsə, Cənubi Qafqazın yenidən geopolitik parçalanma mərhələsinə qayıtma ehtimalı da istisna deyil. Bu isə xüsusilə də Ermənistan və Gürcüstan üçün olduqca ağır nəticələr doğura bilər.

Göründüyü kimi, hazırda Cənubi Qafqaz tarixi dönüş nöqtəsində dayanır. Əgər, Azərbaycan və Ermənistan yekun sülh sazişini imzalamağa nail olsalar, onda regionun gələcək taleyi sabitlik, inkişaf və inteqrasiya üzərində qurulmağa başlayacaq. Azərbaycan-Türkiyə İttifaqının təsir dairəsi genişlənəcək, Ermənistan isə uzun illər davam edən iqtisadi blokadadan tamamilə çıxmaq şansı qazanacaq.

Ancaq regional sülh prosesinin uğuru yalnız dövlət liderlərinin siyasi iradəsindən deyil, həm də Cənubi Qafqaz xalqlarının yeni reallığa adaptasiyasından asılı olacaq. Yəni, Cənubi Qafqazın gələcək taleyi indi artıq geopolitik masadadır. Və onun hansı istiqamətə yönəldiləcəyi isə həm region dövlətlərinin, həm də qlobal supergüclərinin davranışlarından birbaşa asılı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
32
musavat.com

1Mənbələr