AZ

Diasporla İş üzrə Dövlət Komitəsində “Zəfərimiz dünyada” adlı tədbir təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinininzibati binasında Qarabağda tarixi qələbəmizin beşinci ildönümünəhəsr edilən “Zəfərimiz dünyada” adlı təntənəli tədbirkeçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Tədbirdə komitənin rəhbər heyəti, əməkdaşlar, ictimaiyyət vəmedia təmsilçiləri, şəhid ailələrinin üzvləri, diaspornümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ölkəmizinərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əzizxatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış üçün ilk söz şəhid polkovnik-leytenant AnarƏliyevin qızı Nigar Əliyevaya verilib və o, Zəfərimizin 5-ci ilindəkeçirdiyi qürur hissini bölüşüb, atasının ruhunun şad olduğunu qeydedib.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındarəşadətli Azərbaycan Ordusunun Qarabağda qazandığı qələbətariximizin ən parlaq qələbəsidir. Qələbəmiz dünyaazərbaycanlılarının qürur mənbəyinə çevrilib, onları daha sıxbirləşməyə, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasıüçün daha əzmkar olmağa sövq edib” - bu fikirləri səsləndirənDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdəkiAzərbaycan icmalarının müharibə və postmüharibə dövründəkifəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, zəfərimizin 5illiyində xarici ölkələrdə onlarla tədbir, irimiqyaslı kampaniyakeçirilir, diasporun fəaliyyəti dövlətimizin siyasi xətti iləharmoniya təşkil edir.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ictimaixadim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüRafael Hüseynov çıxışında Vətən müharibəsində qazanılan qələbənixalqımızın mənəvi gücünün və tarixi ədalətin bərpasının təntənəsiadlandırıb.

II Qarabağ müharibəsinin iştirakçısı, kapitan Mahur Həmidov,Xalq artisti Fəxrəddin Manafov, Xalq artisti Yalçın Adıgözəlov,A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə elmlərdoktoru, professor Mais Əmrahov, “Zəfər” İctimai Birliyinin sədriSevinc Orucova, “Qarabağa səyahətim” kitabının müəllifi, uzunmüddət Azərbaycanda yaşamış Nik Noulisa çıxış edərək Zəfər Gününübirliyimizin, dövlət-xalq həmrəyliyinin rəmzi adlandırıblar.Çıxışlarda şəhid ailələrinin, qazilərin cəmiyyətimizdəgöstərdikləri nümunəvi rola da diqqət çəkilib.

Tədbirdə dövlət başçısının çıxışlarının, xaricdəki Azərbaycanicmalarının müharibə və postmüharibə dövründəki fəaliyyətinin,görkəmli diaspor nümayəndələrinin təbriklərinin yer aldığı“Zəfərimiz dünyada” adlı videoçarx, həmçinin “Şəhidə məktub”sənədli filmi nümayiş olunub.

“Zəfərimiz dünyada” adlı tədbir çərçivəsində Azərbaycan diasporuadından şəhid övladlarına hədiyyələr təqdim olunub, şəhidailələrinə göstərilən maddi yardımlar barədə məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi, ADDF vəxaricdəki Azərbaycan icmaları hər zaman şəhid ailələrini diqqətmərkəzində saxlayır, onlara maddi-mənəvi dəstək göstərir, şəhiduşaqları mütəmadi olaraq komitənin müxtəlif layihələrinə cəlbolunurlar.

Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Diasporla
Seçilən
43
4
az.trend.az

5Mənbələr