ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması olan “Trendyol” Azərbaycanda əməkdaşlıq etdiyi influenserləri bir araya toplayıb.
“Qafqazinfo” xəbər verir ki, 150-dən çox sosial məzmun yaradıcısının qatıldığı ‘’Qazandıran günlər” adlı görüşdə əməkdaşlıq və kampaniyalar, noyabr ayının fürsətləri ilə bağlı müzakirələr aparılıb.
“Trendyol”un İnfluencer marketinq üzrə meneceri Atanur Sümer noyabr ayının şirkətin satış bazarında xüsusi çəkisi olduğunu diqqətə çatdırıb. Noyabrda “Tredyol’’un iki böyük kampaniyası olacaq: bunlardan biri- “Super alış-veriş günləri”nin artıq başlayıb, “Əfsanə günlər”in isə 27 noyabr -2 dekabr aralığında baş tutacaq.
“Noyabr ayı “Trendyol” müştəriləri üçün bayram hesab olunur. Ötən il ərzində 2 mindən çox influenser tərəfindən 50 mindən artıq kontent paylaşıb. Bunlar “Trendyol”un dünyada necə böyük bir şəbəkə yaratdığını göstərir. Ötən il 8,6 milyondan çox baxışımız olub. Bu o deməkdir ki, 8,6 milyon dəfə linkə keçid edilib. Bu il də ınfluencer əməkdaşlığında 2024-cü ildəkindən daha aktiv olacağımızı düşünürük”, – A.Sümer bildirib.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda içərisində meqa, makro, mikro influenserlərin olduğu çox böyük komanda qurulub. Bu influenserlər satıcılarla birlikdə məhsulları müştərilərə təqdim edirlər.
Görüşdə sosial məzmun yaradıcılarına bu ay da çoxlu əməkdaşlıq təkliflərinin olacağı vurğulanıb:
“Bu ilin noyabr ayında təklif olunan kampaniyalarda 9 milyondan çox ziyarətçi gözləyirik. Apardığımız təhlillər builki rəqəmin ötənilki dövrlə müqayisədə yüksək olacağını söyləməyə əsas verir. Bu ilin oktyabrında nəticələr də ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksəkdir”.
Qeyd edək ki, “Trendyol” Azərbaycan bazarına 2023-cü ildən etibarən daxil olub və ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Şirkətin Azərbaycanda 2 milyondan çox müştərisi var.
Gülnar Əliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.