AZ

“Mən kiməsə zəif görünmək istəmirəm”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Sumqayıt”la oyun sonrası mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis görüşü belə şərh edib:

“Sumqayıt”ı qələbə münasibətilə təbrik edirəm. Bu cür oyundan sonra nəsə demək çətindir. Azarkeşlərdən üzr istəyirəm. Real qol şanslarından istifadə edə bilmirik. Qapımıza təyin olunan penaltiyə gəlincə isə, başa düşə bilmirəm ki, o epizodda necə əllə oynamaq olar? Çox ağır və çətindir. Mən hər dəfə özümə sual verirəm. Görəsən nəyi səhv edirik? Fikirləşmək lazımdır ki, bundan sonra necə edək ki, bu cür səhvlərə yol verməyək. Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir və bu da yekun nəticədə özünü göstərir. Mən kiməsə zəif görünmək istəmirəm. Ona görə, işimin başındayam. Söz vermişəm, bu sözü sona qədər yerinə yetirəcəm”.

Seçilən
20
1
idmanxeber.az

2Mənbələr