AZ

Media: Ancelina Coli Ukraynanın yeni şəhərində görüntülənib...

...Bu yaxınlarda Xersona səfər edən amerikalı aktrisa Ancelina Coli, bu dəfə qərbi Ukraynada görüntülənib.

SİA-nın əldə etdiyi məlumata görə, UNICEF-in xoşməramlı səfirini Ternopoldakı yanacaqdoldurma məntəqəsində görüblər.

Coliyə çox bənzəyən bir qadının qəhvə sifariş etdiyi müşahidə kamerası görüntüləri internetdə yayılıb.

Hazırda onun Ternopola səfəri ilə bağlı heç bir təsdiq və ya digər təfərrüatlar yoxdur, lakin Hollivud aktrisasının kortejinin sadəcə Ukraynadan ora getməsi tamamilə mümkündür.

Əli Babayev

Seçilən
18
sia.az

1Mənbələr