AZ

Mauro İkardi: Özünə baxa bilməyənlər adama yol göstərməyə çalışır

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi paylaşımı ilə Türkiyənin idman mediasında gündəm yaradıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, uğursuz adamların başqalarına yol göstərməsini ələ salıb.

Mauro İkardi "İnstaqram" hesabında yazıb: "Xatırlayın: özünə belə baxa bilməyənlərin məsləhətinə əməl etməyin. Unutmayın: bəzi insanlar özləri uğursuz olur, amma yenə də sizə yol göstərmək istəyirlər"

Məlumata görə, onun bu pauylaşımına qısa zamanda minlərlə bəyənmə gəlib, şərh yazılıb.

Fərid ALAN

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
mia.az

1Mənbələr