ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın kapitanı Kriştiano Ronaldonun "Dünya çempionatında qalib gəlmək mənim arzum deyil" açıqlamasına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Martines jurnalistlərə açıqlamasında qeyd edib ki, Ronaldonun fikrinə hörmətlə yanaşır və onu komanda üçün nümunəvi lider hesab edir:
"Kapitanın fikrini eşitmək həmişə xoşdur. Çünki Portuqaliya millisində 200-dən çox oyun keçirən başqa futbolçu yoxdur. O, hər dəfə milli formanı geyinəndə göstərdiyi fədakarlıqla bütün komanda üçün nümunədir".
Baş məşqçi həmçinin əlavə edib ki, hazırda bütün komanda noyabr ayında keçiriləcək dünya çempionatının seçmə oyunlarına tam diqqətini yönəldib:
"Biz hamımız yalnız seçmə mərhələyə fokuslanmışıq. Ona görə də başqa mövzular haqqında danışmaq istəmirəm".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.