Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İngiltərəli jurnalist Piers Morqanın dünyaca məşhur futbolçu Kriştiano Ronaldu ilə etdiyi yeni müsahibə böyük rezonans yaradıb.
Fanat.Az xəbər verir ki, söhbət zamanı Morqan portuqaliyalı ulduzdan Diequ Jotanın dəfn mərasiminə niyə qatılmadığını soruşub.
Ronaldu bu suala səmimi şəkildə cavab verib:
“İki səbəbi var. Birincisi, atam dünyasını dəyişəndən sonra heç vaxt məzarlığa getmirəm.
İkincisi isə, hara getsəm, bütün diqqət mənim üzərimə yönəlir. Mən istəmirdim ki, belə həssas bir gündə diqqət Jotanın ailəsindən mənə çevrilsin.”
Futbolçu əlavə edib ki, Jotanın itkisinə görə dərin kədər hissi keçirib və onun ailəsinə başsağlığı verib:
“Jota çox yaxşı insan və peşəkar idi. Futbol dünyası onun kimi bir istedadı itirdi. Mən onun ailəsinə səbir diləyirəm.”
Bu açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub. Azarkeşlər Ronalduya həm empatiya, həm də anlayışla yanaşıblar.
Kamil Xudiyev
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.