İran Meksikadakı İsrail səfirinə sui-qəsd planını həyata keçirməyə cəhd edib. ABŞ planın vaxtında zərərsizləşdirildiyini bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu 2024-cü ilin sonlarından İsrailin Meksikadakı səfiri Eynat Kranz Neygerə qarşı sui-qəsd hazırlayıb. Plan ifşa edilib və qarşısı alınıb.
Rəsmi bildirib ki, hazırda təhlükə yoxdur. O, bunun İranın diplomatlara, jurnalistlərə və dissidentlərə qarşı həyata keçirdiyi uzunmüddətli zorakı əməliyyatlar silsiləsinin növbəti halı olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az