AZ

Kaxaber Tsxadadze azarkeşlərdən üzr istədi

style='margin-bottom:10px;'>

“Sumqayıt”ı qələbə münasibətilə təbrik edirəm. Bu cür oyundan sonra nəsə demək çətindir. Azarkeşlərdən üzr istəyirəm".

QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının "Zəfər turu" - 11-ci turu çərçivəsində "Sumqayıt"a evdə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis özünün də komandasının oyunundan razı qalmadığını etiraf edib: "Real qol şanslarından istifadə edə bilmirik. Qapımıza təyin olunan penaltiyə gəlincə isə, başa düşə bilmirəm ki, o epizodda necə əllə oynamaq olar? Çox ağır və çətindir.

Mən hər dəfə özümə sual verirəm. Görəsən nəyi səhv edirik? Fikirləşmək lazımdır ki, bundan sonra necə edək ki, bu cür səhvlərə yol verməyək. Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir və bu da yekun nəticədə özünü göstərir. Mən kiməsə zəif görünmək istəmirəm. Ona görə, işimin başındayam. Söz vermişəm, bu sözü sona qədər yerinə yetirəcəyəm”.

Seçilən
25
teleqraf.com

1Mənbələr