AZ

Cakartada cümə namazı vaxtı partlayış - 55 yaralı » AzadMedia.az


İndoneziyanın paytaxtı Cakartada məktəblərdən birinin məscidində partlayış olub.

Hadisə cümə namazı vaxtı baş verib.

Partlayış nəticəsində azı 55 nəfər yaralanıb.

Yaralıların müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Onlardan bəziləri artıq xəstəxanadan evə buraxılıb.

Partlayışın səbəbləri hələ müəyyən edilməyib.
Seçilən
4
2
azadmedia.az

3Mənbələr