"Qarabağ" klubu Türkiyənin məşhur geyim brendi ilə əməkdaşlığa başlayacaq. 

Offsideplus.az xəbər verir ki, aparıcı Ceyhun Rzayev eksklüziv olaraq Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində "Qarabağ"ın yaxın zamanda Türkiyənin "Sarar" brendi ilə müqavilə imzalayacağını açıqlayıb. Ağdam təmsilçisinin futbolçuları və məşqçi heyəti "Çelsi"yə qarşı noyabrın 5-də keçirilən oyun öncəsi yeni kostyumlarda stadiona daxil olublar. 

Sözügedən brend 2025-2026-cı il payız-qış kolleksiyası ilə "Qarabağ" komandasını matçlardan əvvəl geyindirəcək. 

Qeyd edək ki, Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" matçı 2:2 hesablı heç-heçə yekunlaşıb.