Məşhur mesajlaşma tətbiqi WhatsApp yeni funksiyasını təqdim edib.
Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, artıq istifadəçiləri ləqəb (nik) vasitəsilə tapmaq və onlara zəng etmək mümkün olacaq.
Bildirilib ki, bu yenilik telefon nömrələrinin məxfiliyini qorumaqla istifadəçilərin əlaqə yaratmasını asanlaşdırır.
Funksiya Telegram-da olan oxşar xüsusiyyətə bənzəyir və yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacaq.