ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Zəfər Günü Azərbaycanın şərəfinin, gücünün, milli ruhunun bir simvoludur". Bunu Demokrat.az-a millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, biz Zəfər Gününə, torpaqlarımızın işğaldan azad olunma gününə çətin, amma qətiyyətlə gəlmişik:"Azərbaycan xalqının öz torpağına sevgisi, öz içindən layiqli lider, bacarıqlı oğullar yetişdirmə qabiliyyəti 44 gün ərzində Azərbaycana şərəf gətirdi və Şuşanın alınması Azərbaycan üçün artıq torpaqların işğaldan azad olunmasının zəfər nöqtəsi oldu. Sonradan antiterror əməliyyatı ilə bu məsələyə tarixi bir nöqtə qoyuldu. İgid əsgərlərimiz torpaqları üçün canından keçdilər, şəhidlərimizin əziz xatirəsi daima qəlbimizdədir, qazilər həmişə xalqın içində böyük hörmətə malik olacaqlar. Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti Azərbaycan üçün şərəfli bir tarix yazmasına gətirib çıxardı və bir mənalı şəkildə demək olar ki, Azərbaycan xalqı dünyaya kim olduğunu və nəyə qadir olduğunu sübut etdi. 5 illik yubileyimiz bir daha təsdiq etdi ki, Azərbaycan heç kimə torpağını, mədəniyyətini, tarixini qurban vermək fikrində deyil".Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.