AZ

Ermənistanın sabiq iqtisadiyyat nazirinin də aralarında olduğu 9 nəfər saxlanılıb - YENİLƏNİB

Ermənistanın sabiq iqtisadiyyat naziri Vaan Kerobyanın da iştirak etdiyi iş üzrə artıq doqquz nəfər saxlanılıv.

APA xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, çirkli pulların yuyulmasında ittiham olunanların həbsi üçün məhkəməyə ərizələr təqdim edilib.

***

13:40

Ermənistanın sabiq iqtisadiyyat naziri Vaan Kerobyan yenidən saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya onun qardaşı məlumat yayıb.

Vaan Kerobyanın evində axtarış aparıldığı, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı vurğulanıb.

Onun hansı səbəbdən saxlanıldığı hələ ki, məlum deyil.

Seçilən
38
apa.az

1Mənbələr