Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi Zəfərin 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Aznews.az xəbər verir ki, Fələstin Prezidentinin təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Zati-alinizə və Sizin simanızda Azərbaycan Respublikasının Hökumətinə və qardaş Azərbaycan xalqına Zəfər Gününün beşinci ildönümü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.