Neftə və mazuta bənzər maddə suyun üzünə qalxaraq yayılmağa başlayır... Sahildəki daşlıq ərazi də tamamilə çirklənmiş vəziyyətdədir...
Xezerxeber.az xəbər verir ki, görüntlülər Xəzərin Dənizinin "Ağ Şəhər" bulvarına düşən hissəsindəndir.
Həm yerli sakinlərin, həm də turistlər çox üz tutduğu bu ərazidə gördükləri mənzərə çirkli, suyu çəkilmiş Xəzər olur. Ekoloqların sözlərinə görə, sahildə görünən mazut axıntılarının bir səbəbi gəmi tullantılarıdır. Digər səbəb isə dibdə olan neft çöküntülərinin üzə çıxmasıdır.
Ekoloq Amin Məmmədov bildirib ki, Xəzər dənizinin suyunun bu qədər çirklənməsinin əsas səbəblərindən biri də səviyyənin enməsidir.
O, qeyd edib ki, digər səbəb də ətrafdakı tullantılardır ki, küləyin güclənməsi onların birbaşa dənizə tökülməsinə səbəb olur. Bu da Xəzərin görünüşünü pozmaqla yanaşı, suda olan canlılar üçün təhlükə yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.