AZ

Vatsapda bu da mümkün olacaq

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vatsap istifadəçilərin telefon nömrəsini açıqlamadan əlaqə saxlamağa imkan verən ləqəblə axtarış və əlaqə yaratmaq funksiyasını təqdim etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə biznes tərəfdaşları üçün elana istinadən “WABetaInfo” məlumat yayıb.

Yeni funksiya 2026-cı ilə planlaşdırılıb və həm biznes, həm də messencerin daimi istifadəçiləri üçün əlçatan olacaq. Oxşar funksionallıq teleqramda çoxdan tətbiq edilib.

Tərtibatçılar qeyd edirlər ki, bu, söhbətlərin məxfiliyini yaxşılaşdıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
3
qafqazinfo.az

4Mənbələr