AZ

Slutski: Avropa ruslara giriş vizasını qadağan etməklə özünü cəzalandırdı

BAKI, 7 noyabr. TELEQRAF

"Avropa ölkələri rus turistlərindən böyük qazanc əldə edirdilər, lakin ruslara çoxdəfəlik giriş vizasını qadağan etməklə özlərini cəzalandırdılar".

Teleqraf xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski Avropa Komissiyasının qərarını şərh edərkən bildirib.

"Rusiyadan Avropaya turist axını çoxdan zəifləmişdi. Amma buna baxmayaraq, Aİ ölkələri rus turistlərindən ciddi gəlir əldə edirdilər. İndi uduzan kim oldu? Özləri", - deputat bildirib.

Seçilən
61
teleqraf.com

1Mənbələr