AZ

Gəncədə qadın küçədə qətlə yetirilib - YENİLƏNİB

Gəncədə qadını qətlə yetirən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə cinayəti törətməkdə şübhəli bilinən 42 yaşlı Ramin Alıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

***

20:23

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Ayşən Sadıxova bıçaqlanma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı qadının öldüyü məlum olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
22
2
apa.az

3Mənbələr