AZ

Bengünün yeni arzusu ortaya çıxdı — Çağatay Ulusoy məqamı diqqət çəkdi

Bengünün yeni arzusu ortaya çıxdı — Çağatay Ulusoy məqamı diqqət çəkdiTürkiyənin sevilən sənətçisi Bengü, musiqi karyerasındakı uğurlarının ardından indi də ekranlara addım atmağı düşünür.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, müğənni, son açıqlaması ilə aktyorluğa marağını gizlətməyib və çox danışılacaq bir arzusunu dilə gətirib.

Bengü, qısa müddət əvvəl "Kızılcık Şerbeti" serialına qonaq aktrisa kimi qatılıb. Kamera qarşısında olmaqdan böyük zövq aldığını bildirən sənətçi, gələcəkdə bir romantik komediya filmində rol almaq istədiyini söyləyib.

Müğənni açıqlamasında məşhur aktyor Çağatay Ulusoya da istinad edərək belə deyib:

"Bir filmə çəkilsəm, tərəf-müqabilim kimi Çağatay Ulusoy-u istərdim. İllər əvvəl "Beyaz Show"da birlikdə çıxmışdıq, hətta mənim mahnımı da oxumuşdu. Romantik komediya və ya sevgi filmi olsa, çox gözəl olar".

Xatırladaq ki, Bengü ötən il həyat yoldaşı Selim Selimoğlu ilə yollarını ayırdıqdan sonra uzun müddət şəxsi həyatı ilə gündəmdə qalmışdı. Çətin dövrü geridə qoyan sənətçi, hazırda konsert proqramlarına davam edir və yenidən səhnələrdə parlayır.

Seçilən
32
sonxeber.az

1Mənbələr