Türkiyənin məşhur müğənnisi və aktrisası Yonca Evcimik, 62 yaşında olmasına baxmayaraq səhnədə gənclik enerjisi ilə dolu performansı ilə diqqət mərkəzinə düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 90-cı illərin əfsanəvi hitləri "Bandıra Bandıra", "Abone", "8.15 Vapuru" və "Kendine Gel" mahnıları ilə tanınan sənətçi, həm musiqi, həm də televiziya dünyasında silinməz iz buraxıb.
Xüsusilə "Çılgın Bediş" serialındakı rolu ilə bir dövrün sevimlisinə çevrilən Yonca Evcimik, illərin onu yormadığını bir daha sübut edib. Yeni mahnısının təqdimat mərasimində səhnəyə çıxan sənətçi, rəqqasları ilə birlikdə hazırladığı xüsusi rəqs nömrəsi ilə izləyicilərə unudulmaz anlar yaşadıb.
Səhnədəki enerjisi və peşəkar ifası ilə böyük alqış toplayan Evcimik, yaşının sadəcə bir rəqəm olduğunu bir daha nümayiş etdirib.
Səhnə çıxışından sonra jurnalistlərin suallarını cavablandıran sənətçi, gənc qalma sirrini belə açıqlayıb:
"Çalışıb, istehsal edərək gənc qalıram. Yaşsız qadın olmağımı buna borcluyam. İçimdəki uşaq heç vaxt böyümədi. Mən həmişə azad bir qadın olmuşam, azadlığıma çox düşkünəm".