AZ

Alman model Diana Fast "Miss Universe 2025" yarışmasından geri çəkildi — səbəbini açıqladı

Alman model Diana Fast "Miss Universe 2025" yarışmasından geri çəkildi — səbəbini açıqladıAlmaniyanı Taylandda keçiriləcək beynəlxalq gözəllik yarışmasında təmsil etməli olan Diana Fast, analıq məsuliyyətini əsas gətirərək qərarını ictimaiyyətlə bölüşdü.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın tanınmış modeli və "Miss Germany 2025" titulunun sahibi Diana Fast, bu il Taylandda keçiriləcək "Miss Universe 2025" yarışmasından çəkildiyini elan edib.

Gözəllik kraliçası sosial media hesabında paylaşdığı açıqlamada, Almaniyanı beynəlxalq səviyyədə təmsil etməyin həyatındakı ən mənalı və gücləndirici təcrübələrdən biri olduğunu vurğulayıb:

"Miss Universe ailəsinin bir parçası olduğum üçün sonsuz minnətdaram. İlham verən, bir-birini dəstəkləyən və məqsədyönlü qadınlarla bir arada olmaq mənim üçün böyük bir şərəf idi".

Fast, yarışmadan çəkilmə qərarının arxasında analıq məsuliyyətinin dayandığını bildirib. O, hazırda oğlunun yanında olmağı və ailəsi üçün yeni bir ev qurmağı seçdiyini qeyd edib:

"Hazırda ailəm üçün yeni bir ev inşa edirəm. Bu həyat mərhələsində oğlumun yanında qalmağı seçdim. Bu, güc, sevgi və daxili harmoniya ilə verilmiş şüurlu bir qərardır".

Model həmçinin Miss Germany təşkilatı ilə birgə Taylandda fəaliyyət göstərən Heartpawject adlı heyvanların qorunması fonduna 30 min avro ianə etdiklərini açıqlayıb.

Diana Fast bu addımı həm Tayland xalqına dəstək olmaq, həm də ev sahibi ölkəyə hörmət göstərmək məqsədilə atdığını deyib.

Seçilən
10
sonxeber.az

1Mənbələr