AZ

İrem Derici və DJ Melih Kunukçu ayrıldı? — Sosial mediada diqqətçəkən addım

İrem Derici və DJ Melih Kunukçu ayrıldı? — Sosial mediada diqqətçəkən addımTürkiyənin tanınmış müğənnisi İrem Derici şəxsi həyatı və mahnıları ilə tez-tez gündəmə gəlir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son aylarda DJ Melih Kunukçu ilə yaşadığı münasibətlə diqqət mərkəzinə düşən sənətçinin ayrıldığı iddiaları sosial şəbəkələrdə və mətbuatda böyük səs-küy yaradıb.

Məlumata görə, bir müddətdir münasibətdə olan cütlük evlilik hazırlıqları görürdü. Hətta İrem Derici bir neçə ay öncə evlilik təklifi almış və nişanlanmışdı. Lakin son günlərdə baş verən hadisələr münasibətdə problemlər yaşandığını göstərir.

Cütlük yaxın zamanda Hollandiyaya səfər edərək "Galatasaray"ın oyununu izləmək istəsə də, stadiona buraxılmamaları ilə gündəmə gəlmişdi. Bu hadisədən sonra İrem Dericinin sosial mediada etdiyi hərəkətlər diqqətdən qaçmayıb. Müğənni Instagram hesabından sevgilisini izləmədən çıxarıb və birlikdə çəkildikləri bütün fotoları silib. Bu addım ayrılıq iddialarını daha da gücləndirib.

Sosial media istifadəçiləri müğənninin bu davranışına təəccüblərini gizlətməyib və "Nə baş verdi ki, hər şeyi birdən sildi?" kimi şərhlər yazıblar.

Digər tərəfdən, Melih Kunukçu hələ ki, öz hesabında İrem Derici ilə olan fotoları saxlayır və mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Hazırda hər iki tərəfdən rəsmi açıqlama olmasa da, İrem Dericinin sosial media addımı onların münasibətinin bitdiyi barədə iddiaları gücləndirir.

Seçilən
25
sonxeber.az

1Mənbələr