UCAR. 7 noyabr, TELEQRAF.
Ucarda kuryerin idarə etdiyi motosikletin aşması nəticəsində iki nəfər yaralanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayon mərkəzindəki Koroğlu küçəsində baş verib.
Kuryerlərin əyləşdiyi motosklet idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində yaralanan 2010-cu il təvəllüdlü Saleh Hüseynli və həmyaşıdı Tərlan Məsimov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır