AZ

Alaattin Çakıcı Türkiyəni tərkedib? MHP funksioneridən açıqlama + FOTO

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Türkiyənin güclü cinayət təşkilatı liderlərindən olan və Dövlət Baxçalı ilə şəxsi dostluğu olan MHP tərəfdarı Alaattin Çakıcının ölkədən qaçması barədə xəbər yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xəbərdə ölkədə kriminal dəstələrə qarşı əməliyyat çərçivəsində Alaattin Çakıcının yaxın şəxslərin həbsindən sonra onun ölkəni tərk etmək məcburiyyətində qaldığı iddia olunub.

Lakin Dövlət Baxçalının lideri olduğu MHP-nin funksioneri  Üzeyir Çakmaktaş Alaattin Çakıcının ölkədən qaçdığı haqda iddiaları təkzib edib.

O, sosial media səhifəsində foto da paylaşıb. Yazıb ki, foto İstanbul/Bodrum yolu üzərindəki yanacaqdoldurma məntəqəsində çəkilib.

Həmin açıqlama və fotonu təqdim edirik:

Samir Musayev

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
mia.az

1Mənbələr