AZ

Gənc qız burun əməliyyatında bu səbəbdən komaya düşüb – Anestezioloqdan ŞOK AÇIQLAMAVİDEO

Bu ilin aprel ayında Bakıda "MedAura" Klinikasında rinoplastika əməliiyatı keçirən 34 yaşlı Nigar Budaqlı düz  altı aydır yataq xəstəsidir. Hazırda kritik durumu davam edir.

Xezerxeber.az xəbər verir ki, zərərçəkənin ailəsi əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir. Onlar iddia edirlər ki, Nigar Budaqlı əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində kliniki ölüm vəziyyətinə düşüb.

Əməliyyatı icra edən həkim-cərrah Yaqub Əsədi ilə telefon əlaqəsi saxladıq. O, İranda  olduğunu bildirdi və suallarımızı cavablandırmaqddan  imtina etdi. Anestezioloq Cəmilə Əliyeva isə Nigar Budaqlının əməliyyatında iştirak etmədiyini deyir.

Anestezioloqun cərrahi  əməliyyatdan kənarlaşdırılmasına icazə verdiyi iddia olunan "MedAuranın" heçmiş baş həkimi  Nigar Məhəmmədova ilə də telefon əlaqəsi saxladıq. Nigar Məhəmmədova klinikaya rəhbərlik etdiyi dövrdə Cəmilə Əliyevanı yol verdiyi məsuliyyətsizliyə görə işdən  kənarlaşdırdığını dedi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
5
xezerxeber.az

6Mənbələr