Zamanla ailəli, evli, uşaqlı qadınların başqa şəxslərə qoşulub qaçmasının şahidi oluruq
Bu kimi hallar mütamadi olaraq, qeydə alınır.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, azadlıq sadəcə istədiyini etmək deyil. Bu cür hadisələrin baş verməsində sosial şəbəkələrin böyük rolu var:
"Bu şəbəkələr ailə institutunu birbaşa dağıdır. Düzdür, evi tərk edən xanımlar düşünürlər ki, yeni həyatları uğurlu olacaq. Amma onlar bu məsələdə yanılırlar. Həyat yoldaşlarından həmin qayğı və diqqəti görməyən qadın yad kişinin toruna düşür. Bəzən qadınlar telekanallarda yayımlanan seriallarda yaşanan hadisələrin təsirinə düşərək evi tərk etmək barədə qərar verirlər. Nəticədə ailə faciələri qeydə alınır".
Sevinc