AZ

Mingəçevirli şahmatçı Avropa biriciliyinin gümüş mükafatını qazandı

MİNGƏÇEVİR. 7 noyabr. TELEQRAF

Mingəçevirli şahmatçı 10 yaşlıqızlararasında Avropa biriciliyinin gümüş mükafatını qazanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki,10 yaşlı qızlar arasındaoktyabrın 29 -daMontenoqronun Budva şəhərində 90 şahmatçının iştirakı iləbaşlanan Avropa çempionatı bu gün başa çatıb.

Mingəçevirli şahmatçı Mehriban Əhmədli keçirdiyi 9 turun 6-da qələbə qazanıb, 3 matçı isə heç -heçə ilə başa vurub. Yüksək nəticə göstərməyinə rəğmən o, cüzi xalq fərqi ilə çempionatı gümüş medalla başa vurub.

Qeyd edək ki, Mehriban Əhmədli həmyaşıdları arasında şahmat üzrə dünyanın ən güclülərindəndir. O, indiyədək iki dəfə dünya ikincisi, bir dəfə isə Avropa çempionu olub.

Seçilən
34
teleqraf.com

1Mənbələr