AZ

Ermənistandakı daxili siyasi vəziyyət Bakı-İrəvan münasibətlərinin normallaşmasına mənfi təsir göstərə bilərmi?



Ermənistandakı daxili siyasi vəziyyət Bakı-İrəvan münasibətlərinin normallaşmasına mənfi təsir göstərə bilərmi?

“İndiki durumun Ermənistan-Azərbaycan arasında normallaşmaya hələ ki, ciddi təsir göstərəcəyi proqnozlaşdırılmır. Tərəflər arasında qarşılıqlı etimadı möhkəmlənmək üçün addımlar atılır”.

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Ermənistanda baş verən daxili siyasi gərginliyin Bakı ilə İrəvan arasında normallaşma prosesi və sülh müqaviləsinin imzalanmasına mənfi təsir göstərə biləcəyi mümkünlüyündən danışarkən səsləndirib. O deyib ki, Azərbaycandan olan ictimaiyyət nümayəndələri İrəvanda səfərdə oldular. Ermənistandan olan ictimai fəalların Bakıya gəlməsi planlaşdırılır:

“Müxtəlif səviyyəli təmaslar və görüşlər davam etdirilir. İrəvan-Bakı dialoqunun intensivliyinə beynəlxalq təşkilat və güclər də maraqlıdır. Buna qarşı çıxan və müqvimət göstərməyə çalışan Moskva və onun Ermənistandakı əlaltıları, təsir qrupları və Eçmiədzin kilsəsidir. Məncə, proseslərlər axarı elə bir mərhələyə gəlib çatıb ki, nə Moskva, nə də onun emissarlarının bunu dayandırmağa, yaxud pozmağa gücü çatması sadəcə mümkün görünmür”.

Süleyman
Seçilən
45
1
newscenter.az

2Mənbələr