BAKI, 7 noyabr. TELEQRAF
2008-2014-cü illərdə İrəvan icmasına məxsus 73 hektar ərazinin zəbt edilməsi və külli miqdarda çirkli pulların yuyulması faktları üzrə başlanmış cinayət işinin ibtidai istintaqı zamanı 9 nəfər həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb.
İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Kima Avdalyan bildirib ki, saxlanılanların barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.
Qeyd edək ki, bu iş üzrə müttəhimlər arasında sabiq iqtisadiyyat naziri Vaan Kerobyan da var.