AZ

8 noyabra doğru kiçik addımlar... Zəfər günündə məktəblər və bağçalar vətən ruhu ilə nəfəs aldı

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkəmizin hər yerində olduğu kimi, məktəblərdə və bağçalarda da 8 Noyabr Zəfər Günü böyük coşqu ilə qeyd olundu. Uşaqların sevinc dolu səsləri, vətənpərvər nəğmələr və şeirlər hər bir təhsil ocağında bayram ab-havası yaratdı.

Tədbirlərdə balaca fidanlar hərbi geyimlərdə qürurla addımlayır, əllərində üçrəngli bayrağımızı dalğalandırır, Zəfərimizin qəhrəmanlarını minnətdarlıqla yad edirdilər. Onların səmimi ifaları, “Qarabağ Azərbaycandır!” nidaları, xalqımızın keçdiyi şanlı yolu və milli qürurumuzu bir daha xatırladırdı.

Məktəblilərin və bağça uşaqlarının ifasında səslənən vətənpərvər şeirlər, mahnılar, səhnəciklər hamının qəlbində fəxarət hissi oyatdı. Uşaqlar qəhrəman əsgərlərimizin rəşadətindən danışır, sülh və azadlıq içində böyüməyin dəyərini anlayırdılar. Müəllimlər və valideynlər bu nəsillərin Zəfər ruhu ilə tərbiyələnməsini böyük qürurla izləyirdilər. Bu kimi tədbirlər yalnız bayram mərasimi deyil, həm də milli yaddaşın qorunması, uşaqlarda vətənə sevgi və qürur hissinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki bu günün qəhrəmanlarını unutmamaq, gələcəyin qəhrəmanlarını yetişdirmək deməkdir.

Zəfər Günün mübarək, Azərbaycan!

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
bizimyol.info

1Mənbələr