AZ

“Savadlı görünmək üçün belə sözlərdən istifadə edirlər”

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Jurnalistlər üçün təlimlərin birində “mentor” sözünü çox işlədirdilər. Soruşdum ki, axı bu “mentor” nə deməkdir? İzah etdilər. Dedim, onda “ustad” deyin də, dilimizdə gül kimi qarşılığı var, “mentor” niyə deyirsiniz ki?Təəssüf ki, savadlı görünmək üçün bəzən belə sözlərdən istifadə edirlər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

O, mediada yad mənşəli sözlərin həddindən artıq işlədilməsini tənqid edib.

“Bu gün “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda peşəkar media mütəxəssislərinin narahatlıqları həmin hadisəni yadıma saldı. Əslində belə məqamlar, misal gətiriləsi oxşar hadisələr çoxdur. İnanmaq istərdim ki, bugünkü konfrans yabançı sözləri yeri gəldi-gəlmədi işlədənləri düşünməyə vadar edəcək”,- deyə o vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
icma.az

1Mənbələr