Yol təmir edilib, amma yoldan həyətə giriş verilməyib. Sakinlər məcbur özləri üçün torpaq yol çəkiblər, amma indi o yol da yararsiz vəziyyətdədir.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Pirşağı qəsəbəsində yeni yaşayış massivi olaraq bilinən ərazidən gedir.
Sakinlər deyirlər ki, evlərinə getmək üçün maşınlarını əsas yolun kənarında saxlayıb evə piyada gəlirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil yolları Dövlət agentliyindən bildirildi ki, vətəndaşlar agentliyə rəsmi şəkildə müraciət etməlidir, belə halda mütəxəssislər tərəfindən əraziyə baxşı keçirilərək mövcud problemin həlli istiqamətində lazımi tədbir görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.