8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində Agentliyin və onun tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə 1850 ədəd ağac əkilib.
Ağacəkmə aksiyası respublikanın bütün şəhər, rayon və qəsəbələrində eyni zamanda həyata keçirilib və Agentlik tərəfindən ümumilikdə ölkə üzrə 12 000-dən çox ağac əkilib.
Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ekoloji mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.