Almaniyalı mütəxəssis Yurgen Klopun karyerasını “Lids Yunayted” klubunda davam etdirə biləcəyi iddia olunur.
Fanat.Az xəbər verir ki, Premyer Liqada qalmaq üçün mübarizə aparan “Lids” rəhbərliyi, komandaya təcrübəli və azarkeşləri həyəcanlandıracaq baş məşqçi gətirmək niyyətindədir.
İngiltərə mətbuatının məlumatına görə, Klopun adı klubun potensial hədəflər siyahısına daxil edilib. “Liverpul”dan ayrıldıqdan sonra istirahətə çəkilən alman mütəxəssisin futbol həsrətinin yenidən baş qaldırdığı və İngiltərəyə qayıtmaq ideyasına isti baxdığı deyilir.
“Lids Yunayted” rəhbərliyi isə Klopa uzunmüddətli layihə və geniş səlahiyyətlər təklif etməyə hazırdır.
Yurgen Klop “Liverpul”la 2019-cu ildə Çempionlar Liqasını, 2020-də isə Premyer Liqanı qazanaraq klub tarixinin ən uğurlu dövrlərindən birinə imza atmışdı.
Kamil Xudiyev