AZ

Sumqayıtda "motosiklet dələduzluğu" - İcarəyə götürdü, sonra satdı

Sumqayıtda icarəyə götürdüyü motosikleti satmaqla dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Ölkə.az xəbər verir ki, Raul Rzayev (ad və soyad şərtidir) qardaşının tanışı Elxan Eminova (ad və soyad şərtidir) məxsus "Tufan” markalı motosikleti icarəyə götürmək adı ilə ondan alıb. Daha sonra isə onu 800 manata satıb. Həmin pulu şəxsi ehtiyaclarına xərcləyib. 

Bundan xəbər tutan qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Raul Rzayev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilib. 

Cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Raul Rzayev məhkəmə zamanı verilmiş ittihamla özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə ona 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində tutulduğu 1 gün təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 8 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. (qaynarinfo)

Seçilən
20
olke.az

1Mənbələr