"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Paolo Vanoliyə həvalə olunub. 53 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, bu vəzifədə Stefano Piolini əvəzləyib.
Qeyd edək ki, Paolo Vanolinin son iş yeri "Torino" olub.