AZ

Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Azərbaycan jurnalistləri adından Mətbuat Şurasının İdarə Heyəti8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.

Trend məktubutəqdim edir:

“Möhtərəm cənab Prezident,

Dövlətimizin rəhbəri və Müzəffər Ali Baş Komandan kimi Sizinmüdrik, prinsipial və qətiyyətli siyasətiniz, xalqımızın sarsılmaziradəsi, dövlət-xalq birliyi, rəşadətli ordumuzun qəhrəmanlığınəticəsində müasir tariximizin ən parlaq səhifələrindən birinəçevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü böyük qürurlaqeyd edirik.

Siz yalnız hərb meydanında deyil, eyni zamanda, diplomatiya vəinformasiya cəbhələrində aparılan mübarizə nəticəsində qazanılmışbu şanlı Qələbənin əsas memarısınız.

44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-dan artıqnüfuzlu media qurumuna verdiyiniz müsahibələrdə Azərbaycanın haqlımövqeyini, tarixi ədalətin bərpası uğrunda aparılan mübarizəniyüksək peşəkarlıq və böyük məharətlə ifadə etdiniz. Bəzən qərəzlisualları belə tarixin və ədalətin səsi kimi təmkinləcavablandırdınız, fakt və arqumentlərlə xalqımızın səsini bütündünyaya çatdırdınız.

Azərbaycan mediası, jurnalistlərimiz Sizin ətrafınızda yumruqkimi birləşərək həm cəbhə bölgəsindən, həm də diplomatik vəinformasiya səngərlərindən vətəndaşlarımızı, beynəlxalqictimaiyyəti operativ və obyektiv məlumatlandırdılar.Jurnalistlərimiz məhz Sizdən nümunə götürərək Azərbaycanın haqqsəsinin dünyaya çatdırılmasında, ölkəmizə yönəlmiş dezinformasiyavə təxribatlara qarşı mübarizədə əsl peşəkarlıq və vətənpərvərliknümunəsi göstərdilər. Onlar informasiya cəbhəsinin əsgərlərinəçevrilərək Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfəverdilər.

Bu gün artıq müharibə geridə qalıb, xalqımız işğaldan azadolunmuş torpaqlarımızın dirçəlişi və “Böyük Qayıdış” dövrünüyaşayır. Sürətlə həyata keçirilən genişmiqyaslı bərpa vəyenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər vəkəndlərin yeni simasının formalaşması Azərbaycan dövlətinin gücünüvə iradəsini bütün dünyaya nümayiş etdirir. Bu prosesdə Azərbaycanmediası da fəal iştirak edir – görülən işləri işıqlandırır, Vətəntorpaqlarına qayıdan insanların sevincini, quruculuğun miqyasını vədövlət siyasətinin mahiyyətini xalqa və dünyaya dolğunçatdırır.

Sizin mediaya göstərdiyiniz diqqət və qayğı jurnalistlər üçünhəm mənəvi dəstək, həm də böyük stimul mənbəyidir. Medianı millimaraqların müdafiəsində mühüm qüvvə kimi qiymətləndirməyiniz, onunazad, məsuliyyətli və vətənpərvər fəaliyyətinə verdiyiniz önəmölkəmizdə media mühitinin inkişafına yeni nəfəs gətirib.

Bu inkişafın bariz nümunələrindən biri də Şuşa Qlobal MediaForumudur. Ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən bumötəbər tədbir təkcə media müzakirəsi deyil, həm də Azərbaycanındünyaya bəyan etdiyi sülh, ədalət və əməkdaşlıq mesajınınifadəsidir.

Möhtərəm cənab Prezident,

Bu möhtəşəm və tarixi gündə Sizi media ictimaiyyəti,jurnalistlərimiz adından təbrik edir, uzun ömür, möhkəm cansağlığı,ölkəmizin daha da inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsinaminə ali və şərəfli dövlət fəaliyyətinizdə uğurlararzulayırıq.

Qoy, bu Zəfər gələcək nəsillərə milli birlik, dövlətçilik vəqürur nümunəsi olsun!”.

Seçilən
24
44
az.trend.az

10Mənbələr