ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın ruslar üçün çoxdəfəlik Şengen vizalarına qoyulan məhdudiyyətlər barədə açıqlamasına sərt cavab verib.
Globalinfo.az xəbər verir ki, Kallas əvvəlcə teleqram kanalında Avropa İttifaqına səfəri “verilməyən, imtiyaz” adlandırmışdı.
Zaxarova isə bu fikri ələ salaraq bildirib:
“O, yəqin ki, Avropa İttifaqı tərəfindən güzəştli rejim tətbiq edilən milyonlarla qeyri-qanuni miqrantdan danışırdı. Eyfel qülləsini görmək və Milana alış-veriş üçün gedən qanuni turistlərdən yox. Nadir intellektə malik insandır”.
Xatırladaq ki, Avropa Komissiyası noyabrın 7-də rus vətəndaşlarına çoxdəfəlik Şengen vizalarının verilməsinə qadağa qoyduğunu elan edib. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları hər səfər üçün yenidən viza müraciəti etməli olacaqlar. Avropa tərəfi bu addımı təhlükəsizlik risklərinin azaldılması ilə əsaslandırıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.