Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi davam edir.
90deqiqe.Az-ın məlumatına görə, Əl-Cənadriyahda keçirilən mərasimdə idmançıların rəsmi paradı təşkil olunub. Azərbaycan nümayəndə heyəti arenadan birinci keçib.
Paradda Azərbaycan Bayrağını voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıblar.
Azərbaycan İslamiadada 20 idman növündə 179 idmançı ilə təmsil olunur. Ümumilikdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.