"Betis”in baş məşqçisi Manuel Pelleqrini hesab edir ki, ofsayd qaydasında mümkün dəyişikliklər mübahisələrin qarşısını almayacaq.
Sportal.az xəbər verir ki, Pelleqrini bunun əvəzinə basketboldakı kimi yeni bir qaydanın futbola tətbiqini təklif edib.
"Bu barədə dəqiq fikir bildirmək çətindir. Məncə, hazırkı ofsayd qaydası düzgündür. VAR sisteminin köməyi ilə səhvlərdən qaçmaq daha asandır. Amma əgər onlar bütün bədənin mövqeyini yoxlamağa başlasalar problemlərə gətirib çıxara bilər.
Məncə, futbolu yaxşılaşdırmaq üçün dəyişdirilə biləcək başqa qaydalar da var. Məsələn, top meydanın mərkəz xəttini keçdikdən sonra onu öz sahəsinə qaytarmağı qadağan etmək. Bu, oyunu daha dinamik edərdi.
Mütəxəssislər bu məsələni araşdırırlar, amma düşünmürəm ki, bu, oyunu köklü şəkildə dəyişəcək. Biz futbolu daha baxımlı və hərəkətli etməliyik, bunun üçün isə rəqibin qapısına daha yaxın oynamaq lazımdır".
saytlarin hazirlanmasi