AZ

Ceyhun Bayramov: Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi

İkinci Qarabağ müharibəsi zamanı gərginlik baxımından Moskva görüşü digərlərindən fərqlənirdi.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.

Nazir xatırladıb ki, 2020-ci il oktyabrın 8-də Rusiya tərəfi Ermənistanla danışıqların keçirilməsini təkidlə təklif edib:

"Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, Rusiya XİN başçısı Lavrov tərəflərə sənəd təqdim etdi. Sənəd cəmi bir neçə maddədən ibarət idi. Oktyabrın 10-a keçən gecə bütün hərbi əməliyyatların dayandırılması, təmasın şərq hissəsində Rusiya sülhməramlıları və Azərbaycan ordusu, təmas xəttinin qərbində isə yenə Rusiya sülhməramlılarının və Ermənistan ordusunun yerləşdirilməsi təklif olunurdu".

C. Bayramovun qeyd edib ki, ərazinin boşaldılması nəzərdə tutulmurdu:

"Bu o demək idi ki, məsələ tam dondurulsun və bundan sonra heç nə artıq baş verə bilməz. Biz öz mövqeyimizdən çıxış edərək bildirdik ki, Ermənistanla danışığa hazırıq, Ermənistan ərazidən nə vaxt çıxacağını göstərsin. Sənədə Ermənistan da etiraz etdi".

Seçilən
13
2
aznews.az

10Mənbələr