AZ

Qərb Ukrayna münaqişəsini niyə həll edə bilmir?



"Qərb ölkələri böyük ölçüdə parçalanmalarına görə, Ukraynadakı münaqişənin həllinə nail ola bilmirlər".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı deyib.

Orban hesab edir ki, Avropada yalnız kiçik Macarıstan, eləcə də ABŞ sülhü müdafiə edir.

Baş nazirin sözlərinə görə, bütün digər Aİ dövlətləri Ukraynada hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyir:

"Ona görə də əminəm ki, Ukrayna münaqişəsinə nail ola bilməmək bizim, Qərb xalqlarının birliyindən asılıdır”.

O qeyd edib ki, Ukraynanın Rusiyanı döyüş meydanında məğlub edə biləcəyi fikrini hələ də səhv hesab edir.

Mehman Mehdiyev
Seçilən
30
newscenter.az

1Mənbələr